VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uzun müddətdir Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman ortalıqlarda görünmür. İran mətbuatı isə onun öldürüldüyünü iddia edir.

BAKU.WS
İranın "Keyhan" qəzetina istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın kəşfiyyat xidmətindən vəliəhdin 27 gündür yoxa çıxdığını bildirilib. Buna görə də, Məhəmməd bin Salmanın öldürüldüyü iddia olunur.

Qeyd edilir ki, bu ilin 21 aprelində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, saray yaxınlığında silah səslərinin eşidilməsi ölkədə çevrilişə cəhd olduğunu gündəmə gətirib. İddia olunur ki, həmin atışma zamanı şahzadə öldürülüb.

Qeyd edək ki, aprelin 20-də 33 yaşlı şahzadə həmin gün media qarşısına çıxaraq, İsrail xalqını dəstəkləmişdi. O, İsrail xalqının öz torpaqlarında yaşamağa haqqı olduğunu bildirib. Ondan bir gün sonra isə şahzadəyə qarşı sui-qəsd olunub. Digər bir məqam da, Məhəmməd bin Salmanın öldürüldüyünə işarədir. Belə ki, şahzadə vəziyyətin nə qədər gərgin olmasından asılı olmayaraq, həmişə mətbuata açıq adam olub. O, daim açıqlamaları ilə gündəmdən düşməyib. Ancaq həmin hadisədən sonra şahzadə jurnalistlərin önünə çıxmayıb. 

Ziya SƏCCAD
BAKU.WS