SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yayıb.

BAKU.WS
axar.az-a istinadən xəbər verir ki, Jirinovski bununla bağlı öz Tvitter səhifəsində xəritə yerləşdirib.

O, bu xəritənin 20 il öncə hazırladığını deyib.

Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və Böyük Türkmənistan yaranır.

Jirinovski, həmçinin, Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini xəritəsində əks etdirib.

BAKU.WS