SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

BAKU.WS
"RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edib. Görüş zamanı Putin Paşinyana bildirib ki, iki ölkə arasında münasibətlərin davam edəcəyinə inanır.

“Sizə uğurlar arzulayıram. Ümid edirəm ki, münasibətlərimiz əvvəlki kimi inkişaf edəcək”, - Rusiya prezidenti vurğulayıb.

Nikol Paşinyan, öz növbəsində, Rusiya-Ermənistan müttəfiqliyinin davam edəcəyinə əmin olduğunu bildirib: "Biz daxili siyasi böhranımızın gedişatında Rusiyanın sərgilədiyi tarazlaşdırılmış mövqeyini çox yüksək qiymətləndiririk, çox konstruktiv mövqe idi. Bu yalnız bizim hökumət tərəfindən yox, həm də cəmiyyət tərəfindən qiymətləndirilir”.

BAKU.WS