ABŞ prezidentinin İranın nüvə razılaşmasını ləğv etməsi müharibənin başlanğıcı ola bilər.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu addım bölgədə müharibəyə səbəb ola bilər.

"Barak Obama dövründə İranla bağlanmış nüvə sazişi barış və sülhün yaradılması demək idi. Lakin ABŞ hökuməti bundan imtina etməklə, regionda vəziyyəti tamam dəyişə bilər. Bununla da, müharibənin başlanğıcı ola bilər", - deyə Ərdoğan bildirib.

Türkiyə rəhbəri əlavə edib ki, vəziyyətin gərginləşməsinə səbəb olan amillərdən biri də İsrailin Suriyaya zərbələr endirməsidir:

"İsrail sürəkli olaraq regionda terrorçuluğu yaymaqda davam edir. İsrailin Suriyaya raket atması da məhz terrorçuları dəstəkləməyə xidmət edir. Bu xoş görünən əməl deyil. Niyə belə edirlər?".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə müqaviləsinin ləğv edilməsini tələb edib. O, bildirib ki, bu müqavilə bütün dünya üçün təhlükə törədir.

Xatırladaq ki, İranın nüvə razılaşması 2015-ci ilin iyul ayında İran ilə Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Ziya Səccad
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ