SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşün tarixi və yeri müəyyənləşib.

BAKU.WS
RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib.

“Görüşün tarixi və yeri müəyyənləşib. Gələn həftənin əvvəlində bu barədə rəsmi məlumat veriləcəyinə ümid edirik”, - deyə M.Pompeo qeyd edib.

Onun sözlərinə görə, danışıqların bir gün ərzində aparılacağı nəzərdə tutulsa da, müzakirələrdən asılı olaraq görüşün müddəti uzadıla bilər.

Qeyd edək ki, bu gün ABŞ-ın dövlət katibi Şimali Koreyaya səfər edərək bu ölkənin lideri Kim Çen In ilə görüşüb.

BAKU.WS