SİZİN REKLAM BURADA!
055 213 76 73



"ABŞ prezidenti Donald Tramp nüvə sazişindən çıxmaqla Avrasiya bölgəsindəki durumu daha da gərginləşdirəcək".

BAKU.WS xəbər verir ki, bu fikirləri tanınmış politoloq Elxan Şahinoğlu bildirib. Onun fikrincə, İranın bundan sonra böyük əziyyətlə imzalanan nüvə sazişinə riayət etməsi sual altına keçəcək.

"İranda mühafizəkarların prezident Həsən Ruhaniyə qarşı təzyiqi artacaq və “axı biz deyirdik, Amerikaya inanmaq olmaz” yanaşması güc qazanacaq. Üçüncüsü, İranı və Suriyanı hədəf alan İsrailin raket zərbələrinin sayı artacaq. Bu isə avtomatik olaraq Fələstində və İsrail-Livan sərhəddində gərginliyi artıracaq. İran müttəfiqi “Hizbullah” vasitəsilə İsrailə qarşı həmlələrə baş vuracaq. Nəhayət İranda bəlli mərkəzlər yenə Azərbaycanı hədəf almağa çalışacaq, bizi Amerika və İsraillə sıx əməkdaşlıqda ittiham edəcəklər. Allah bu qovğanı yaradana ağıl versin!", - deyə politoloq bildirib.

BAKU.WS