SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda fövqəladə hallarda və yaxud hərbi vəziyyət zamanı tətbiq edilən mövcud qaydalara mane olan siyasi partiyaların, ictimai birliklərin və xarici təşkilatların ölkədəki nümayəndəliklərinin fəaliyyətinin elan olunmuş vəziyyət başa çatana qədər dayandırılması təklif olunur.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Siyasi partiyalar haqqında” qanuna 16.4-1-ci maddəsinin əlavəsi təklif edilib.

Əlavəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.

Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Layihələr artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BAKU.WS