VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıdakı illərdə artıq yeni vəzifədə çalışacaq.

BAKU.WS Yenicag.az-a etibarlı mənbədən daxil olan məlumata istinadən xəbər verir ki, ötən gün Abutalıbov Meriyada təhvil-təslim edib.

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvarında 1 il müddətinə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

BAKU.WS