SİZİN REKLAM BURADA!
055 213 76 73



Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərib.

BAKU.WS-in xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident. Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

BAKU.WS