VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ-ın əməliyyata başlamağı haqqında Suriyadan açıqlama gəlib. Əməliyyat başlayandan sonra Suriya höküməti bildirib ki: "Üçlü müdaxilə beynəlxalq hüquqa ziddir”.

BAKU.WS saytının türk mətbuatına istinadən verdiyi xəbərə görə, Əsəd rejiminin səsi olan Suriya dövlət televizyası bildirib ki, Suriyanın hava hücumundan müdafiə sistemi atılan 30 raketdən 10-nu məhv edib. Bununla yanaşı 3 mülki şəxsin yaralandığı, hücumdan əvvəl bazaların boşaldıldığı və Şamın Bərzehdəki araşdırma mərkəzinin hücuma məruz qaldığını xəbəri verilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silah hücumuna cavab olaraq, Suriya ərazisinə raket zərbələri endirmək barədə əmr verib. Hücuma Böyük Britaniya və Fransa da qoşulub.

Nihat HÜSEYNZADƏ
BAKU.WS