SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəsmi Ankara ABŞ-ın Fransa və İngiltərə ilə birlikdə Suriyaya zərbələrinə reaksiya verib. 

BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyindən edilən şərhdə: "Əməliyyatı müsbət qarşılayırıq. Türkiyə, Suriya rejiminə qarşı ABŞ, İngiltərə və Fransanın təşkil etdiyi əməliyyatı lazımlı əməliyyat kimi dəstəkləyir", - deyə bildirilib. 

Qeyd edək ki, ABŞ, İngiltərə və Fransanın iştirakı ilə aparılan hərbi əməliyyat zamanı Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS