SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukrayna prezidenti Petro Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, bu barədə o özünün Twitter hesabında yazıb.

“İlham Əliyevi Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək. Səbirsizliklə Prezident Əliyevi Kiyevdə gözləyirəm,”- deyə o bildirib.

İsmayıl Fətəliyev
BAKU.WS