SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərin sayı açıqlanıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan səsvermə başaçatanadək - saat 19:00-dək MSK-a 300-ə yaxın müraciət daxil olub. Bildirilib ki, bunlar sorğu xarakterlidir, şikayət xarakterli məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

BAKU.WS