SİZİN REKLAM BURADA!
055 213 76 73



"İŞİD Suriya və İraqda məhv edildikdən sonra terrorçuların Afrikada aktivliyi artıb, terrorçular Avropa və Asiyaya geri qayıdırlar”. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı belə deyib.

Göründüyü kimi, Sergey Şoyqu İŞİD-in Avropa və Asiya qitələrinə qayıtmaq istəyini bildirir. Bu qitələrin sərhədləri isə Azərbaycanda kəsişir.

İŞİD-in Azərbaycan üçün nə qədər təhlükə yaratdığını öyrənmək üçün BAKU.WS saytı mövzu ilə əlaqədar olaraq deputat, Prezident Namizədi Zahid Orucun fikirlərini öyrənib.

“Azərbaycanın İŞİD-in hədəfində olması, təhlükəli xarakter daşıyan bəyanat olardı”. Bu sözləri Prezident Namizədi Zahid Oruc deyib.

Zahid Oruc sözlərinə belə davam edib:

“Birinci növbədə nəzərə almalıyıq ki, Rusiyanın hərbi qüvvələri Suriyanın hərbi məkanına bələddilər. Həm kosmik sistemlərlə müşahidələr aparırlar, həm də adi xalqın içinə eniblər. Nəzərə almalıyıq ki, rəsmi legitim hakimiyyət orqanı olan Bəşər Əsədin bütün çevrələrindən, istər xalq dayaqlarından, movcud olan strukturlarından bütün məlumatlar Putinin masasının üzərinə daxil olur. Belə olan təqdirdə Rusiyanin kəşfiyyat bürosu bölgənin təhlükəsiz gələcəyini proqnozlaşdırmaq üçün real faktlara və məlumatlara malikdirlər.

Bu tərəfdən bəllidir ki, 2001-ci il 11 sentyabr hadisələrindən sora terrora qarşı aparılan mübarizə nəinki öz müsbət sonluğuna çatmadı, əksinə dünyada terroru gücləndirdi. Yeni-yeni qara bayraqlar müxtəlif ideologiyalar altında istər cihada çağıran və yaxud da ki, fərqli bir islam ideologiyası ilə mübarizə aparan qüvvələri biz meydanda görməliyik. Kimsə sadəlövh şəkildə inanırsa ki, bu həmin təşkilatların öz işləridir, bunlar dünyaya, xristian aləminə, Amerikaya üsyan edirlər onlar yanılırlar. Terror qüvvələri bu gün dövlətlərin əlindədir və öz imperialist planların həyata keçirmək üçün istifadə edirlər. Terrorun arxasında güclü dövlətlər durur.

Məsələnin əsas mahiyyəti odur ki, İŞİD əsas kontingentini bütün qitələrdən və yaxud bütün ölkələrdən götürüb. Burda yalnız islam mücahidləri və yaxud xristianların olmağından söz gedə bilməz. Bunlar muzdludurlar, legionerdirlər və dünyada yeni fenomenlərdirlər. Elə hesab edirəm ki, İraqda və Suriyada onların kökünün kəsilməsi həqiqətən də İŞİD-in hərəkət arealı Əfqanıstandan Yəmənə qədər qeyri sabitlik bölgələrində yayıla bilər. O biri yandan da avropada da bunların tərəfdarları mövcuddur. Və müxtəlif  zamanlarda da onlar baş qaldırırlar. Ən asan variantla maşını insanların üzərinə sürüb qəza törədirlər.

Azərbaycanın İŞİD-in hədəfində olması, təhlükəli xarakter daşıyan bəyanat olardı. Düşünürəm ki, bunun üçün heç bir əsas yoxdu. Biz o əməliyyatlarda iştirak etməmişik. Bizim ölkədən İŞİD-ə qoşulanlar ya var-dövlət axtarışına gediblər, ya da cənnətə yedən yolun həqiqətən də Suriyadan keçdiyinə inanırlar”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS