SİZİN REKLAM BURADA!
055 213 76 73



Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

BAKU.WS Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, yarışlarda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.

BAKU.WS