VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ankarada rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

MN-dən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Z. Həsənov həmçinin Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. H. Əliyevin parkdakı heykəli önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

BAKU.WS