Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.

BAKU.WS-in məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Son məlumata əsasən, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055-ə çatıb.

Nazir bildirib ki, Türkiyə Şimali İraqda PKK terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat aparacaq.

M. Çavuşoğlu bu il mayın 12-də İraqda keçiriləcək parlament seçkilərindən sonra Türkiyənin İraqla birlikdə belə bir əməliyyatı keçirməyi planlaşdırdığını qeyd edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

BAKU.WS