SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. 

BAKU.WS-in məlumatına görə, Binəli Yırdım Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladığını, Türkiyə xalqı, hökuməti şəxsən öz adından həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

"Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm", - Binəli Yıldırım vurğulayıb.

BAKU.WS