SİZİN REKLAM BURADA!
055 213 76 73



Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib.

BAKU.WS news.am-a istinadən xəbər verir ki, martın 2-də ölkə parlamentində prezident seçkisi üzrə səsvermə keçirilib.

Müxalifət sayılan “Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəkləyib. Başqa bir müxalif blok “Çıxış”ın isə namizəd irəli sürmək üçün parlamnetdə yetərincə depatatı yoxdur.

Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib. Onlardan 90-ı Armen Sarksiyanın lehinə, 10-u isə əleyhinə səs verib.

İman
BAKU.WS