SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sənədə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Prezident həmçinin “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Sərəncam xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

BAKU.WS