SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ermənistan və Azərbaycan danışıq prosesində güzəştli qərarla qəbul edə bilər. Həmçinin bəzi torpaqların Azərbaycana qaytarılması mümkündür".
 
BAKU.WS-in məlumatına görə, bunu Ermənistanın hakim Respublika partiyasının deputatı Levon Martirosyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi torpaqların Azərbaycana qaytarılması məsələsini inkar etmir.
 
"Güzəştli qərarlar qəbul edilərsə, bəzi rayonları azad edərək Azərbaycana təhvil vermək olar. Bununla belə Qarabağ əhalisinin sabit və zəmanətli təhlükəsizliyi təmin etmək önəmlidir. Burada narahat olunacaq heç bir səbəb yoxdur", – deyə erməni deputat bildirib.
 
Xatırladaq ki, son günlər Ermənistan KİV-ində Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri böyük marağa səbəb olub. Bəzi qəzetlər iddia edib ki, tərəflər görüşdə Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması məsələsini müzakirə edib.  
 
Şahin Həbibov
BAKU.WS