VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

BAKU.WS-in məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkətinin əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

“Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” da təsdiq edilib. Agentliyin strukturu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarından ibarət olacaq.

BAKU.WS