VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu sayta açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

BAKU.WS