SİZİN REKLAM BURADA!
055 213 76 73



Suriyada minomyot atəşi nəticəsində yaralanan iki türk əsgərinin görüntüsü görənlərin göz yaşlarına səbəb olub.

BAKU.WS-in məlumatına görə, ağır vəziyyətdə olan əsgərlərin xəstəxanada müalicə olunduqları vaxt yaralarını unudub bir-birlərinə ürək-dirək vermələri diqqət çəkib.

Həmin anın fotosunu sosial şəbəkədə Milliyətçi Hərəkat Pariyasından olan millət vəkili Ruhi Ersoy bu şərhi yazıb:

“Dünən gecə Afrində minomyot atəşi nəticəsində yaralanan iki əsgərimizi qarşıladıq. Canları çox ağrıyırdı, yaraları çox idi, amma “vətən sağ olsun” deyə sayıqlayırdılar. Bir-birlərinin əllərini buraxmırdılar. Bax bu əllər milli birliyin simvoludur”.

BAKU.WS