VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

BAKU.WS-in məlumatına görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Təhsil Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Dövlətimizin başçısı, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumunu və Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiq edib.

Sənədlər 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.

BAKU.WS