VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyevin Vergilər Nazirliyində yüksək vəzifəyə təyin etdiyi Mətin Eynullayev buna kimi təhsil nazirinin müavini vəzifəsində çalışırdı. 

Eynullayev Mətin Balasən oğlu nazir müavini vəzifəsindən əvvəl isə Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu.

O, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb.

Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib.

BAKU.WS