SİZİN REKLAM BURADA!
055 213 76 73



"Dərin iqtisadi-islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurlar qazanılıb. Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən proseslərə yüksək qiymət verib. Ötən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Ölkəmiz bu baxımıdan MDB məkanında liderliyini qoruyur".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul və qeyri-neft sektoru artıb, qeyri-neft sənayesində 3.6, kənd təsərrüfatında 4.1 faiz artım əldə olunub, valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb: "Ötən il bir çox önəmli layihələr icra edilib, Azərbaycan iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulub, ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. İdxalın sabit qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər".

Prezident vurğulayıb ki, ötən il bölgələrdə yeni müəssisələr açılıb: "Ötən il 177 min daimi olmaqla 221 min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5.4 faiz səviyyəsində qərarlaşıb. Bu, dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir. İnfrastruktur layihələri də diqqət mərkəzində saxlanılır. Elektrik təchizatı yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılır. Kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülür. Ötən il 1300 kilometr avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yol çəkilib, içməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb, 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. İki olimpiya kompleksi istifadəyə verilib. 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Cocuq Mərcanlının bərpası tarixi nailiyyətdir. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı qərar bizim bir daha tarixi köklərimizə bağlılığımızı göstərdi. Əminəm ki, 2018-ci ildə Azərbaycan üçün uğurlu olacaq".

BAKU.WS