VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar” .

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərib: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”.

Prezident qeyd edib ki, “Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar.

"Cənub Qaz Dəhlizinin icrası uğurla təmin edilir. “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmli addımlar atılıb, İran sərhədinə qədər dəmir yolunun tikintisi təmin edilib”.

Eyni zamnda dövlət başçısı qeyd edib ki. bu il turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək.

Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bütün bunları nəzərə alaraq, 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan edirəm”.

BAKU.WS