SİZİN REKLAM BURADA!
055 213 76 73



İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gəlib.

BAKU.WS-in məlumatına görə, sabah o, Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.

Görüşdə əsasən üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

BAKU.WS