VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

BAKU.WS-in xəbərinə görə, prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxış edib.

Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib. Sonda dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib.

Bununla da prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri başa çatıb.

BAKU.WS