SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi - şirkətin prezidenti Rövnəq Abdullayev və vitse-prezidentlər, eyni zamanda şirkətin kollektivi Azərbaycanın mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin anadan olmasının 70-ci ildönümü ilə əlaqədar onun II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, ziyarətçilər mərhum nazirin məzarı üzərinə çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qeyd edək ki, N.Əliyev iyunun 9-da İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib. Mərhum iyunun 10-da II Fəxri xiyabanda torpağa tapşırılıb.

N.Əliyev 1947-ci il noyabrın 23-də Bakıda anadan olub. O, 1993-2005-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə Azərbaycanın sənaye və energetika naziri, 2013-cü ildən ömrünün son gününə qədər energetika naziri vəzifələrində çalışıb.

BAKU.WS