SİZİN REKLAM BURADA!
055 213 76 73



Qırğızıstan prezidenti Almazbek Atambayevin mətbuat konfransında maraqlı anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, “De Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov sual vermək üçün mikrofona yaxınlaşıb, amma sual əvəzinə prezident Atambayevə yuxusunu danışıb.

Deyib ki, yuxuda prezidentin öz saatını ona verdiyini görüb və bu səbəbdən də Atambayevdən saatını istəyib.

Prezident isə zarafatla “Yaxşı ki, şalvarımı istəməmisən” deyərək qolundakı saatı açıb jurnalistə verib.

Prezidentin zarafatı gülüşə səbəb olub.

BAKU.WS