VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahlarının rəisləri görüşəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətər səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, noyabrın 22-də Soçidə keçiriləcək üçtərəfli görüşdə Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyəti də müzakirə edəcəklər: "İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi var. Afrinə gəldikdə isə İranın niyyətini alqışlamırıq. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz Almaniyanın Hamburq şəhərində “Böyük-20”liyin ("G20”) sammitində Rusiyaya bildirdik. Oradan Türkiyənin təhlükəsizliyi təhdid edilir. Həmin bölgə PYD və YPG-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – “Report”) nəzarəti altındadır və onlar oradan çıxmalıdır”.

Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya və bölgədəki vəziyyətlə bağlı üçtərəfli görüşü olacaq.

BAKU.WS