Rusiya Prezidenti Vladimir Putin Rusiya Qılıncoynatma Federasiyasının vitse-prezidenti, Rusiya yığma komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu, azərbaycanlı İlqar Məmmədovu təltif edib. 

BAKU.WS Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin həmyerlimizi ad günü münasibətilə təbrik edib və onu "Şöhrət" ordeni ilə təltif edib.

Qeyd edək ki, Putin elm, mədəniyyət, incəsənət, təhsil, idman işçilərini, eləcə də kosmonavtları və təşkilat rəhbərlərini də təltif edib.

Tuncay
BAKU.WS