Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilib.


BAKU.WS Naxcivantv.az-a istinadən xəbər vereir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Naxçıvanda son vaxtlar bir sıra yüksək vəzifəli məmurlar, o cümlədən daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib.

M.Seyidov 17 noyabr 2015-ci ildə V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsinə seçilmişdi. 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov bundan əvvəlki tərkibdə də Ali Məclis sədrinin müavini olub.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ