SİZİN REKLAM BURADA!
055 213 76 73



Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Rusiya Prezidenti Vladimir Putin ölkələrimiz arasındakə əməkdaşlığı yüksək qiymətləndirib.

"Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.

Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.

Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam", - deyə Putin vurğulayıb.

Azərbaycan Prezindenti də görüşdən mənun olduğunu deyib.

"Mən də Sizi yenidən görməyimə çox şadam. Biz bu il artıq dəfələrlə görüşmüşük və bizim görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır. Çünki biz münasibətlərin inkişafına yeni impuls veririk. Çox şadıq ki, iqtisadi sahədə də əmtəə dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı marağın göstəricisidir.

Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və biz həmin münasibətləri elə bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir.

Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli Sammit müstəvisində keçir. Mən deyərdim ki, bu da qlobal miqyaslı çox mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Belə ki, yeni görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri müzakirə edəcəyimizə çox şadam".

BAKU.WS