SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Azərbaycana gələcək.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, N.Canikli oktyabrın 31-də Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak edəcək.

Qeyd edək ki, Şuranın 5-ci toplantısı Bakıda ötən ilin martın 15-də keçirilib.

BAKU.WS