Oktyabrın 22-də Gürcüstanın Tiflis şəhərinin meri seçilən keçmiş energetika naziri Kaxa Kaladze gördüyü işlərlə yanaşı geyimi və həyat tərzi ilə də seçilir.

BAKU.WS-in məlumatına görə, ötən il Kaxa Kaladze 50 ən zövqlü geyinən siyasətçilərin sırasına daxil edilib.

Kaladzenin Tiflis küçələrində cins şalvar, idman ayaqqabısı, dar köynəkdə yanında itlə gəzərkən görmək olar.

Onu jurnalistlər dəfələrlə sadə insanların əyləşdiyi kafelərdə görüb və müsahibə götürüb.

Gürcüstan KİV-i yazır ki, Kaxa Kaladzenin geyim və həyat tərzi İtaliyanın “Milan” klubunda oynadığı zamanlardan qalıb. Belə ki, siyasətçi İtaliya geyim brendlərini çox bəyənir.

BAKU.WS