SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

BAKU.WS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Z. Həsənov həmçinin Belarus hərbi sənaye kompleksinə daxil olan müəssisələrə baş çəkəcək.

BAKU.WS