VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


KXDR-in Asiya-Sakit okeanı Regionunda Sülh üzrə Komitəsinin nümayəndəsi bəyanatla çıxış edərək, ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasəti tənqid edib.

Belə məzmunlu bəyanat Koreyanın Mərkəzi Teleqraf Agentliyinin saytında dərc edilib.

Qeyd olunur ki, KXDR rəsmisi Amerikanı "alov dənizinə" çevirməklə hədələyib. Bəyanatda Trampın siyasəti nüvə qəzasına təhlükəli çağırış aktı adlandırlıb. Hansı ki, Amerikanı "alov dənizinə çevirəcək".

Bəyanatda həmçinin deyilir ki, Koreya Xalq Demokratik Respublikasını növbəti dəfə "dəli qoca" adlandıran Trampın düşüncəsiz siyasəti yalnız KXDR ordusunun və xalqının iradəsinin güclənməsinə gətirib çıxaracaq. (virtualaz.org)

BAKU.WS