SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanunu imzalayıb.
 
BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" məlumat yayıb.
 
Qeyd edək ki, bir gün əvvəl vitse-prezident Mayk Pensə istinadən D. Trampın sanksiyalar barədə qanunu imzaladığı barədə xəbər yayılıb. Lakin az sonra bu xəbər təkzib edilib və M. Pensin prezidentin qanunu tezliklə imzalayacağını söylədiyi açıqlanıb.
 
Xatırladaq ki, iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur. Obama dövründə prezident fərmanı ilə tətbiq olunmuş sanksiyalar isə qanun halına salınır. Bundan sonra prezident sanksiyaları yalnız Konqresin icazəsi ilə ləğv edə bilər.