VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Son bir neçə gün ərzində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Özbəkistana, Tacikistana, Gürcüstana və Azərbaycana baş çəkib, həmkarları və dövlət başçıları ilə görüşlər keçirib.

BAKU.WS-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, əvvəlcədən bildirildiyi kimi, görüşlər zamanı müxtəlif sferalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Bakıya 18 iyulda gəlib və Türkiyənin, Azərbaycanın, Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edib. Amma "Azatlık" Radiosunun hökumətdəki mənbələrinə istinadən bildirdiyinə görə, Meredovu turneyə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov göndərib. O, Meredov vasitəsilə dövlət başçılarından Türkmənistana maliyyə yardımı etməyi xahiş edib.

Mənbənin bildirdiyinə görə, Türkmənistana sentyabr ayında Aziadanın keçirilməsi üçün təcili ən azı 1,5 milyard dollar lazımdır.

"Prezident Meredova səfər etdiyi ölkələrin prezidentlərilə borc verilməsi ilə bağlı danışıqlar aparmağı tapşırıb. Son səfərlərin əsas məqsədi məhz budur. İndi Aziada xərcləri üçün əlavə olaraq 1,5 milyard dollar lazımdır. Bu bizim üçün böyük məbləğdir. Prezident üçün Aziada əsas layihədir, artıq qonaqlar da dəvət edilib, amma pul yoxdur. Mürəkkəb vəziyyət yaranıb, buna görə də o, Meredovu borc pula görə prezidentlərə şəxsi xahişini çatdırmaq üçün göndərib”, - deyə mənbə yazır.

Bundan başqa, prezident Berdiməhəmmədov TAPİ qaz kəmərinə investisiyalara bel bağlayırdı, ancaq layihəyə pulu qoymağı arzu edənlər hələ də tapılmayıb.

Xatırladaq ki, Türkmənistan Aziadanın keçirilməsinə yalnız rəsmi hesablamalara görə, 5 milyard dollardan çox pul xərcləyib.