VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
BAKU.WS-in məlumatına görə, 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
BAKU.WS