VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Emin və Araz Ağalarovlar ABŞ-dakı daşınmaz əmlaklarını tez-tələsik satırlar.

BAKU.WS-in məlumatına görə, virtualaz.org "Forbes” nəşrinə istinadən xəbər verir ki, milyarder Araz Ağalarov 2006-cı ilin aprelində ABŞ-da 8 milyon dollara təmtəraqlı malikanə əldə edib. Hazırda iş adamı onu 6,98 milyon dollara satışa çıxarıb.

2001-ci ildə tikilmiş malikanə Anderson avenü, 159 ünvanında yerləşir və 2,5 akr torpaq sahəsini tutur. Evdə yeddi yataq otağı və səkkiz sanitar qovşağı, nəhəng toy pilləkəni və panorama pəncərəli otaq və təmtəraqlı landşaft dizaynına malik fəvvarəli həyətə açılan pəncərələri olan bir neçə mərtəbə mövcuddur.
Malikanədə həmçinin avtomobillərin yaxınlaşması üçün yol, haşiyəli tavanlar, sobalar, rəsmi yeməkxana, baş aşpaz üçün mətbəx, saxlanc yeri və quraşdırılmış akvariumlu "yaş” bar var. Eyni zamanda, burada iri ailə otağı, kitabxana, tam şəkildə işlənmiş zirzəmi və bu zirzəmidə istirahət otağı, kinoteatr, saunalı trenajor zalı, şərab zirzəmisi və əlavə yataq otağı var.

Ağalarovun qonşularının arasında rep maqnatı Şon Kombs və əfsanəvi musiqiçi Stivi Uander yer alır.

Milyarderin oğlu Emin Ağalarov elə həmin Anderson avenüdə 98 saylı evin sahibidir. Emin malikanəni atası ilə birlikdə 2008-ci ildə 3 milyon dollara alıb və həmin ev 0,77 akr sahədə yerləşir. Bu ev daha "itki” ilə 2,9 milyon dollara satılır.

10 min kvadrat futluq malikanədə altı yataq otağı və yeddi sanitar qovşağı, toy pilləkəninə malik iki mərtəbəli foye, baş aşpazın mətbəxi, istirahət otağı, bar, ev kinoteatrı, şərab anbarı və trenajor zalı olan zirzəmi mövcuddur. Evin satışı üzrə vasitəçi kimi Eminin bacısı çıxış edir. Bildirək ki. Şeyla Ağalarova "Sotheby's” beynəlxalq daşınmaz əmlak şirkətinin brokeridir.

Xatırladaq ki, Araz və Emin Ağalarovlar hazırkı ABŞ prezidentinin oğlu kiçik Donald Trampla və 2013-cü ildə "Miss Kainat” müsabiqəsi keçirildiyi zaman Ağalarovlara işləyən PR ustası Rob Qoldstounla yazışmaları üzə çıxandan sonra qalmaqalın mərkəzinə düşüblər. Yazışmada söhbət ondan gedirdi ki, Natalya Veselnitskaya adlı rusiyalı vəkil ABŞ-da prezident seçkisi kampaniyası vaxtı namizəd Hillari Klintona aid işşaedici materiallar təqdim edə bilərdi. Kiçik Tramp vəkillə görüş faktını təsdiqləsə də, onun faydasız olduğunu bildirmişdi.
 
BAKU.WS