VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın həlak olmasına qüssə və qəzəblərini nümayiş etdirən Azərbaycanın Böyük Britaniyadakı diaspor təşkilatları Ermənistanın Londondakı səfirliyinin binası qarşısında etiraz aksiyası təşkil edib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, diaspor təşkilatlarının üzvləri, habelə bu ölkədə yaşayan soydaşlarımız tərəfindən Ermənistan səfirliyinin binası önünə körpə Zəhranın faciəvi ölümünün simvolu kimi qana gərq olmuş gəlinciklər düzülüb və bina körpə cəlladlarının şüarlarına boyadılıb.

Qeyd edək ki, etiraz tədbirləri bununla yekunlaşmayacaq. Belə ki, aksiya Britanıya vaxtı ilə saat 12.00-dan etibarən binanın qarşısında nümayiş ilə davam etdiriləcək.
 
BAKU.WS