VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxinin geri çağıralacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, brifinq zamanı məsələ ilə bağlı suala Mariya Zaxarova birbaşa cavab verməyib.

Rusiya XİN nümayəndəsi suala cavab olaraq bildirib ki, rusiyalı diplomatların yerdəyişməsi Xarici İşlər Nazirliyinin rotasiya qaydaları əsasında həyata keçirilir.

Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir.

"Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir”, - deyə Mariya Zaxarova bildirib.
 
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin geri çağırılacağı və Georgi Zuyevin yeni səfir təyin ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Məlumata görə, Dövlət Dumasının MDB işləri komitəsi Zuyevin səfir vəzifəsnə namizədliyini dəstəkləyib. Səfirin geri çağırılacağı haqda xəbər "İnterfaks”da yer alsa da hazırda həmin xəbər yığışdırılıb.
 
Saməddin Mehralıyev
BAKU.WS