SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.
 
Fonddan BAKU.WS-ə verilən məlumata görə, uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə  Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.
 
 "CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra "Spark” animasiya filmini izləyiblər.
 
BAKU.WS