VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"İyirmi birinci əsrdə bir faşistə abidə?” həmyerlimiz Vüqar Abbasovun Niderland mətbuatında gedən növbəti yazısı belə adlanır. Yazı ötən ilin may ayında Ermənistanın paytaxtında faşist generalı, Hitlerin əlaltılarından biri olmuş general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulmasından bəhs olunur.
 
Abidənin açlışında Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı xüsusi vurğulanıb. Yazıda eyni zamanda əsası Qaregin tərəfindən qoyulmuş Vermaht erməni cəza legionunun Ukrayna və Polşada törətdikləri qırğınlardan, yəhudilərə qarşı xüsusi amansızlıq göstərilməsindən söhbət açılıb. Yazıda o da qeyd olunub ki, erməni legionu öz hesabatlarında tək Krımda 20 mindən çox dinc sakini qətlə yetirib. 

Vermahtın törətdiyi vəhşiliklərə geniş yer verilmiş yazıda həmçinin qeyd olunub ki, rəsmi İrəvan tək Nijdeyə heykəl ucaltmaqla kifayətlənməyib onun adını kəndlərə, qəsəblərə, məktəblərə veribdir. "Bütün bunlar İkinci Dünya Müharibəsində həlak olanların ruhuna hörmətsizlik deyilmi?” – deyə yazıda sual olunur və Nijdeyə ucaldılmış heykəlin götürülməsi təklif olunub.

Qeyd edək ki, həmyerlimiz  Vüqar Abbasov Niderlandda yaşayır. Niderland jurnalistlər birliyinin üzvü və "Connect” təşkkilatının sədridir. 

Mənbə: RFGmagazine
BAKU.WS