SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda xüsusi ağır cinayətlərlə bağlı ölüm hökmünün bərpa edilməsi lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev təklif edib.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan insan haqları və azadlıqları haqqında Beynəlxalq Konvensiyaya qoşulub, bununla belə ölkənin müharibə şəraitində olduğu nəzərə alınmalıdır.

Millət vəkili vurğulayıb: "Tərtər rayonunda baş vermiş son hadisələr bir daha sübut edir ki, xüsusi cinayətlərə qarşı, ələlxsus dövlət əleyhinə olan əməllərə görə ölüm hökmü bərpa edilməlidir”.
 
BAKU.WS