SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
 
BAKU.WS-in məlumatına görə, qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.
 
Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Qanuna dəyişikliklərə əsasən, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
 
BAKU.WS